RU

Trampın NATO ilə bağlı mesajı təsadüfi deyil

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

"Trampın ölkəsinin NATO-dan ayrılması ilə bağlı mesajlar göndərməsi təsadüfi deyil və həmçinin bu açıqlamaları emosional çıxışlar hesab etmək olmaz. Bu açıq şəkildə strateji siqnaldır və heç şübhəsiz ki, arxasınca və irəlidə ciddi siyasi addımların atılması gözlənilir".Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu mesajın məhz indiki vaxtda səsləndirilməsi ABŞ-ın yürütdüyü siyasətə qarşı gələn Avropa İttifaqı ölkələrinin tutduğu mövqe ilə daha çox əlaqəlidir:"Bu mesajı da Avropaya növbəti təzyiq aləti olaraq qiymətləndirmək olar. Avropa ölkələrinin NATO daxilində kifayət qədər maliyyə və hərbi kontingentə sahib olmadığını nəzərə alsaq və Trampın NATO-da xərclərin böyük hissəsini ödəməkdən imtina etmək xəttini dəfələrlə önə çəkməsi, əsas verir deyək ki, ABŞ NATO-dan çıxarsa, təşkilatın dağılma ehtimalı yüksək olacaq. Bunun baş verməməsi üçün Avropanın NATO-ya ciddi rəqəmdə pul ödəməsi Tramp tərəfindən şərt olaraq irəli sürülməkdədir. Riskli bəyanatdır, amma müttəfiqləri hərəkətə gətirmək üçün diplomatik addımdır. Tramp xarici xərcləri azaldaraq kifayət qədər ölkəsinin kassasına pul yığa bilən siyasətçidir və indiki addım da məhz bu istiqamətdə yürüdülən siyasətin davamıdır. Burada həmçinin Avropaya subsidiya verilməsinə də son, mesajı var. Trampın bu ritorikası daxildə çox bəyənilir və seçici bazası üçün kifayət qədər sanballı manevrdir. Həmçinin Rusiya və Çinə yönəlik , NATO daxilində parçalanma siqnalı və ABŞ prioritetlərini dəyişə bilər mesajını verir. Ola bilər ABŞ yeni oyun qurmağa cəhd edir və hər kəs bilir ki, ABŞ NATO-dan çıxarsa, bu dünya üçün qlobal hadisələrə səbəb ola bilər və belə bir vəziyyətdə NATO kağız üzərində qalır".Ekspert onu da deyib ki, Avropa buna qarşı hərbiləşir, xüsusilə də Almaniya və Fransa öz təhlükəsizliyini təmin etmək məqsədilə hərbi kontingentini artırır və hərbi sistemlərini qururlar:"Bu gələcəkdə Avropa ordusu ideyasını da reallaşdıra bilər. Bütün bunlara rəğmən, Şərqi Avropa ölkələri Rusiya tərəfindən təhlükə ilə üzbəüz qalacaq və Rusiya bu ölkələrə qarşı təsir imkanlarını artırmağa çalışacaq. Turkiyənin qol-qanadın açar və Türkiyə regional güc olaraq müstəqil dövlət siyasətini qurar. Bütün bu ehtimalları nəzərə alaraq demək olar ki, NATO-nun dağılması zəif ehtimaldır, ancaq bu istiqamətdə transformasiya gözlənilir. NATO daxilində parçalanma və fərqli bloklaşmalar yarana bilər. Bu da daha çox formal dağılma yox, funksional dağılma deməkdir".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
50
newscenter.az

10Источники