Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro Ukraynaya veriləcək. Metbuat.az xəbər verir ki, Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen belə açıqlama verib. O bildirib ki, vəsait Ukraynada dövlət xidmətlərinin davam etdirilməsini təmin etmək və Ukrayna ordusunu dəstəkləmək üçün istifadə olunacaq. Ursula fon der Leyenin bəyanatında qeyd olunur ki, birlik Rusiya Mərkəzi Bankına məxsus və Avropa Birliyi sanksiyalarına məruz qalan dondurulmuş aktivlərin nağd qalıqları üzrə faizlərdən 1,4 milyard avro alıb. Qeyd edək ki, müharibə başlayandan bəri Avropa İttifaqı və üzv dövlətlər Ukraynaya ümumilikdə 194,9 milyard avro, o cümlədən hərbi məqsədlər üçün 69,7 milyard avro yardım göstəriblər.