RU

“The National Interest”: Niyə Rusiya və Çin İrana kömək etməyə tələsmir?

İran müttəfiqləri tərəfindən tək qoyulub.

İnterpress.az xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.

İran ətrafında gərginləşən münaqişəyə baxmayaraq, onun əsas tərəfdaşları olan Rusiya və Çin birbaşa hərbi dəstəkdən çəkinərək yalnız siyasi bəyanatlarla kifayətlənirlər.

Hər iki ölkə hücumları pisləyib və tərəfləri deeskalasiyaya çağırıb, lakin Tehranın xeyrinə ciddi addımlar atmayıb.

ABŞ isə əksinə, bölgəyə əlavə hərbi qüvvələr, o cümlədən dəniz piyadaları və desant bölmələri göndərərək hərbi iştirakını gücləndirir.

Analitiklər bu vəziyyəti praqmatik hesablamalarla izah edirlər. Çin üçün Yaxın Şərq strateji cəhətdən ikinci dərəcəli əhəmiyyətə malikdir.

Pekin daha çox Asiya-Sakit okean regionundakı maraqlarına, xüsusən Tayvan məsələsinə və qonşuları ilə münasibətlərə fokuslanıb.

Çin ənənəvi olaraq sərt hərbi ittifaqlardan qaçır və İranla təhlükəsizlik sahəsində əməkdaşlığını məhdud saxlayır. Həmçinin, Çin İran neftinin ən böyük alıcısı olsa da, Hörmüz boğazındakı riskləri Rusiya da daxil olmaqla digər təchizat mənbələri hesabına kompensasiya edə bilər.

Rusiya da münaqişəyə birbaşa cəlb olunmaqdan ehtiyat edir.

“The National Interest” qeyd edir ki, həm Moskva, həm də Pekin ABŞ-nin Yaxın Şərqdəki uzunmüddətli münaqişəyə cəlb olunmasından strateji fayda əldə edə bilər.

Vaşinqtonun öz hərbi resurslarını, o cümlədən raketdən müdafiə sistemlərini və təyyarədaşıyan qruplarını Hind-Sakit okean regionundan Yaxın Şərqə köçürməsi ABŞ-nin Asiyadakı mövqelərini zəiflədir. Bu isə Rusiyanın və Çinin digər regionlarda hərəkət sərbəstliyini artırır.

Beləliklə, Rusiya və Çinin İrana birbaşa hərbi yardım göstərməməsi müttəfiqlik zəifliyi deyil, soyuq strateji hesablamadır. Onlar üçün münaqişənin uzanması ABŞ-nin resurslarının tükənməsi baxımından sərfəli hesab olunur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
73
50
interpress.az

10Источники