RU

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 10 il ötür

Bakı. Trend:

Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 10 il ötür.

Trend-inməlumatına görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və günərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayışməntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclüartilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinəyaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağıryaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsimülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi.232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrikyarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı.Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosialmüəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunanraket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrliartilleriya mərmiləri ilə vuruldu.

Erməni təxribatının qarşısının alınması, mülki əhalinintəhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan SilahlıQüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam vəXocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərininkeçirilməsi barədə qərar qəbul edildi.

Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan SilahlıQüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinətəhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azadetdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdəsaxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinənəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsindəAzərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yollarınnəzarətdə saxlanılmasını təmin etdi.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusuvə möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.

Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistanqoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı iləəməliyyatlar dayandırıldı.

Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çoxərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. AzərbaycanSilahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlardamöhkəmləndirmə işləri həyata keçirdi.

Ümumilikdə aprel döyüşləri Azərbaycan Prezidenti, Ali BaşKomandan İlham Əliyevin Orduya göstərdiyi diqqəti, SilahlıQüvvələrimizin yüksək doyüş qabiliyyətini, eləcə də işğal edilmişərazilərimizi hər an azad etməyə qadir olduğunu nümayiş etdirdi.Aprel döyüşlərindəki qələbələrlə Azərbaycan torpaqlarının erməniişğalından azad edilməsinin başlanğıcı qoyuldu.

Uğurlu Aprel qələbəsindən sonra daha da ruhlanan AzərbaycanOrdusu dörd il sonra daha böyük zəfər qazandı.

Aprel döyüşləri 2020-ci ilin sentyabrın 27-də başlananAzərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətənmüharibəsində Böyük Qələbəmizə gedən yolda açar rolu oynadı. Apreldöyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar AzərbaycanOrdusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha daartırdı. Aprel döyüşlərində qazanılan təcrübəni ikinci Qarabağmüharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusudüşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.

İkinci Qarabağ müharibəsində Böyük Qələbəni cəmi 44 gündəqazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən ŞanlıOrdumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüştaktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindəndərindən öyrənilir və təqdir olunur.

Məqalədə:
Избранный
42
2
az.trend.az

3Источники