RU

Trampdan Məhəmməd bin Salmana kritik zəng: İranda atəşkəs müzakirəsi başladı

ain.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp aprelin 1-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb və bu zaman İranda mümkün atəşkəs məsələsini qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı vəziyyətlə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Üç amerikalı rəsmi "Axios"a bildirib ki, Vaşinqton və Tehran İran tərəfinin Hörmüz boğazını açması müqabilində atəşkəs məsələsini müzakirə edirlər. Mənbələr bu müzakirələrin birbaşa və ya vasitəçilərin köməyi ilə aparıldığını dəqiqləşdirməyiblər.

Hazırda razılığın əldə edilib-edilməyəcəyi bəlli deyil. Bununla belə, rəsmi şəxslər Trampın bu imkanı həm öz administrasiyasının nümayəndələri ilə, həm də ondan kənarda müzakirə etdiyini bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
oxu.az

1Источники