RU

Tramp “qələbə” elanına hazırlaşır: İranla müharibə bitir?

Ağ Evdə kritik anlar yaşanır, ABŞ prezidenti müharibə ilə bağlı mühüm bəyanat verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Donald Tramp Oval kabinetdən xalqa müraciət edərək İranla qarşıdurmanın “sona yaxınlaşdığını” elan etməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, Tramp çıxışında ABŞ-nin qarşıya qoyduğu məqsədlərə nail olduğunu vurğulayacaq və faktiki olaraq “qələbə” elan edəcək. Bununla yanaşı, ən diqqətçəkən məqamlardan biri isə Hörmüz boğazı ilə bağlı olacaq.

İddialara əsasən, Vaşinqton bu strateji su yolunun açılması və təhlükəsizliyinin təmin olunması məsuliyyətini Avropa ölkələri və Yaxın Şərq dövlətlərinin üzərinə qoymağa hazırlaşır. Bu isə ABŞ-nin regionda birbaşa hərbi yükünü azaltmaq niyyətindən xəbər verə bilər.

 

Musavat.com

Избранный
19
10
musavat.com

10Источники