RU

Kosmik turzmə start verildi Bu məbləği ödəyən kosmosa uçacaq

ain.az, Lent az saytına istinadən bildirir.

“Virgin Galactic” iki illik fasilədən sonra yenidən kosmik turizm biletlərinin satışına başlayıb.

Lent.az xəbər verir ki, yeni uçuşlar üçün məhdud sayda (50 yer) biletlər hər nəfər üçün 750 min dollar olaraq müəyyən edilib.

Uçuşlar təxminən 90 dəqiqə davam edəcək və sərnişinlər qısa müddət mikro çəkisizlik şəraitini yaşayacaqlar.

İlk uçuşların 2026-nın sonu və ya 2027-nin əvvəlində başlaması planlaşdırılır. Şirkətin artıq 650-dən çox əvvəlcədən rezervasiya etmiş müştərisi var və yeni satışlar onların uçuşlarından sonra genişlənəcək.

“Virgin Galactic”in sistemi iki mərhələlidir: kosmik aparat əvvəlcə xüsusi təyyarə ilə yüksəldilir, sonra raketlə kosmosa çıxır və yenidən Yerə qayıdır.

Rəqiblərin (xüsusilə “Blue Origin”in) fəaliyyətini dayandırması fonunda tələbatın artdığı, uçuş sayının isə gələcəkdə ayda 8-10-a qədər artırıla biləcəyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
74
lent.az

1Источники