RU

Tramp ədliyyə nazirini vəzifədən azad etmək istəyir

BAKI, 2 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin ədliyyə naziri, baş prokuroru vəzifəsində çalışan Pem Bondinin işdən çıxarılması məsələsini nəzərdən keçirir.

Teleqraf "The New York Times"a istinadən ) bildirilir ki, Amerika xəbər verir ki, ABŞ lideri son günlər Bondinin fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.

Məlumata görə, Tramp onu hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldin ilə əvəz etməyi təklif edib.

Qeyd olunur ki, prezidentin narazılığına səbəb Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması prosesinə yanaşmasıdır.

Bildirilib ki, Bondinin vəzifədən azad olunması ilə bağlı hələ yekun qərar qəbul edilməyib.

Məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə 3 milyondan çox səhifə sənəd, 2 mindən artıq video və 180 min fotoşəkli ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, bu dosyedə müxtəlif ölkələrdən tanınmış siyasətçilər, iş adamları və digər nüfuzlu şəxslərin adları yer alır. Onların arasında ABŞ-ın 42-ci prezidenti Bill Klinton da var.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu ilin avqustunda həbsxanada intihar edib və buna görə də ona qarşı cinayət təqibi dayandırılıb.

Избранный
57
teleqraf.com

1Источники