RU

İndoneziya sahillərində güclü zəlzələ olub, sunami xəbərdarlığı edilib

İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri təxminən 451 000 əhalisi olan Şimali Sulavesi vilayətində yerləşən Manado şəhərindən 163 kilometr şərqdə, ocağı 35 kilometr dərinlikə yeləşib.

ABŞ-nin Okeaniya və Atmosfer Tədqiqatı Milli İdarəsi sunami xəbərdarlığı edib.

İtki və ya dağıntı barədə məlumat yoxdur.

Избранный
65
1
far.az

5Источники