RU

54 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi

54 illik fasilədən sonra ilk dəfə NASA-nın Artemis II missiyası aya yola düşüb.

Publika.az xəbər verir ki, ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtını daşıyan insanlı "Orion" kosmik gəmisi ilə "Space Launch System" (SLS) raket daşıyıcı Aya uçub. Buraxılış Con Kennedi Kosmik Mərkəzinin buraxılış meydançasından yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə saat 02:35) baş tutub.

On günlük missiyada NASA astronavtları Reyd Vayzmən, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edir. Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.

Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.

Избранный
35
9
publika.az

10Источники