RU

Aprel döyüşlərinin 10 ili

Aprel

İlhamə VəliqızıBöyük qələbənin başlanğıcının 10 ili Ulusum.az xatırladır ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.Aprel döyüşləri, dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə idi. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edirdi.Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır.Azərbaycan dördgünlük müharibə ilə Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad edib və daha çox ərazi əməliyyat baxımından hərbçilərimizin nəzarəti altına keçib.Azərbaycan Ordusu Aprel zəfəri ilə Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi. Çünki döyüşlər zamanı hərbçilərimiz "Ohanyan müdafiə xətti"ni cəmi 20 dəqiqəyə yarmışdılar.Azərbaycan Aprel döyüşlərində ən müasir silahlardan - "Harop" pilotsuz kamikadze aparatlarından, "cəhənnəm silahı" adlandırılan "TOS-1A" ağır odsaçan artilleriya sistemlərindən istifadə etmişdi.Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dan çox tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 1 000-dən artıq döyüşçüsü yaralanıb.Aprel döyüşləri Azərbaycan üçün böyük zəfərin başlanğıcı idi. Dördgünlük müharibə işğalda qalan torpaqların Vətən müharibəsində azad edilməsində həlledici rol oynadı.Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra postmünaqişə dövründəki açıq qalan məsələlələri tənzimləyən 10 Noyabr Bəyanatının müddəalarının da yerinə yetirilməsində qətiyyət göstərir.2022-ci ilin martında Fərrux dağı və eyniadlı kənd nəzarətə götürülüb.2022-ci ilin avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.Ardınca isə Buzdux və digər hakim yüksəkliklər də ordumuzun nəzarətinə keçib.Həmin ilin avqust ayının axırlarında Laçın şəhəri, Zabux və Sus kəndlərinə nəzarət bərpa edilib.2023-cü ilin mart ayı ərzində Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimaldan keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında hərbi tədbirlər görülüb.Bundan sonra isə Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.Onu da xatırlatmaq vacibdir ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı toqquşmalar baş verib.Bundan sonra Azərbaycan böyük ərazini nəzarətdə saxlamağa imkan verən yüksəklikləri nəzarətə götürüb.19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan silahlı qüvvələrinin Rusiya sülhməramlı kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıb.Azərbaycan Ordusu 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilib. Separatçıların əsas rəhbərləri həbs ediliblər. Düşmən qüdrətli Ordumuzun qarşısında cəmi 23 saat 50 dəqiqə tab gətiribErmənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının bir qisim vətəndaşları hazırda Bakıda keçirilən ədalət məhkəməsində əməllərinə görə cavab verirlər.

Diqqət Çəkənlər

İtaliyada qalmaqallı hadisə: modelin məzarı açılıb

Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir

Ağdərədə mina hadisəsi baş verib

Избранный
8
1
ulusum.az

2Источники