RU

"Total" və "Masdar" 2,2 milyard dollar portfeli olan birgə müəssisə yaratdı

TotalEnergies və Masdar Asiyada, o cümlədən Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üçün 2,2 milyard ABŞ dolları dəyərində birgə müəssisə yaradıb.

Aznews.az xəbər verir ki, bu barədəMasdar şirkətindən bildirilib. Məlumata görə, tərəflər Asiyanın doqquz ölkəsində – Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda quruda yerləşən bərpa olunan enerji fəaliyyətlərini birləşdirmək barədə saziş imzalayıblar. Yeni platforma günəş, külək və enerji saxlama layihələrinin hazırlanması, tikintisi, sahibliyi və istismarı üzrə əsas mexanizm olacaq.

Birgə müəssisənin portfelinə 3 QVt həcmində istismar olunan aktivlər və 2030-cu ilə qədər istifadəyə verilməsi gözlənilən 6 QVt-lıq layihələr daxildir. Hər iki tərəf müqayisə edilə bilən dəyərdə aktivlər təqdim edəcək.

Masdarın sədri, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl Caber bildirib ki, Asiya bu onillikdə qlobal elektrik tələbatının əsas artım mənbəyi olacaq və tərəfdaşlıq regionda yeni imkanlar açacaq.

TotalEnergies-in baş icraçı direktoru Patrik Puyaanə isə qeyd edib ki, bu əməkdaşlıq şirkətlərə region bazarlarında daha güclü mövqe tutmağa və daha çox dəyər yaratmağa imkan verəcək.

Избранный
47
8
aznews.az

9Источники