RU

"Turan" və "DH Volley" 1/4 finalın ikinci oyunlarında üstünlüklərini qorumağa çalışacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start götürəcək.
 
Moderator.az xəbər verir ki, ilk olaraq "Turan" "Murov Az Terminal"ı qəbul edəcək. 
 
Matç Tovuz Olimpiya İdman Kompleksində, saat 16:00-da başlayacaq.
 
Saat 18:00-da isə "DH Volley" "Azərreyl"lə qarşılaşacaq.
 
Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
 
Qeyd edək ki, 1/4 finalın digər oyunları aprelin 3-də baş tutacaq.
 
Избранный
17
3
moderator.az

4Источники