Türkiyəli aktyor Ramazan Tetik vəfat edib.
Kulis.az xəbər verir ki, aktyor 31 yaşında dünyasını dəyişib.
Aktyor aorta damarının divarının yırtılması səbəbindən 13 saat davam edən əməliyyatın sonunda həyatını itirib.
Qeyd edək ki, aktyor son olaraq "Eşref Rüya" serialında rol alıb.