RU

Cadunu və nəzəri yox edən MÖCÜZƏ - Qapını duzla ovsanız...

​Bəzən evdə səbəbsiz yorğunluq, ailə üzvləri arasında tez-tez baş verən münaqişələr və ya işlərin tərs getməsi müşahidə olunur. Bir çoxları bunu sadəcə bəxtsizlik hesab etsə də, qədim xalq inancları və bioenerji mütəxəssisləri bunun səbəbini evdə toplanan "ağır enerji" ilə əlaqələndirirlər.

Milli.Az xəbər verir ki, bu neqativdən qurtulmağın ən qədim və sınanmış üsullarından biri məhz adi xörək duzudur.

​Neqativ enerjiyə "qalxan"

​Qədim dövrlərdən bəri duz təmizləyici və qoruyucu vasitə hesab olunub. Mütəxəssislər bildirirlər ki, evin giriş qapısı enerjinin daxil olduğu əsas nöqtədir. Əgər evinizə gələn insanların mənfi enerjisindən və ya "göz-nəzər"dən qorunmaq istəyirsinizsə, ayda bir neçə dəfə giriş qapısının daxili və xarici tərəfini duzlu su ilə silmək tövsiyə olunur. Bu, sanki evinizi görünməz bir qoruyucu qalxanla əhatə edir.

​İnanca görə, qapının astanasına bir az duz səpmək və ya qapı künclərini duzla ovmaq evdəki ruzinin qaçmasının qarşısını alır. Duz kristallarının mənfi dalğaları udma qabiliyyəti olduğuna inanılır. Bu üsulu tətbiq edən bir çox insanlar qısa müddət sonra evdəki gərginliyin azaldığını və daxili hüzurun bərpa olunduğunu iddia edirlər.

​Necə etməli?

​Çox sadə: Bir vedrə ilıq suya bir ovuc dəniz duzu və ya adi duz əlavə edin. Bu su ilə giriş qapısını, qapı tutacağını və astananı silin. Əgər evinizdə çox ağır atmosfer hiss edirsinizsə, qapının giriş künclərinə kiçik qabda duz qoyun və 3 gündən sonra həmin duzu evdən kənarlaşdırın.

​Mütəxəssislər xəbərdarlıq edir ki, bu ritualı edərkən niyyətinizin təmiz olması və evin hüzura qovuşacağına inanmaq əsas şərtdir. Unutmayın, bəzən ən qədim üsullar müasir kimyəvi vasitələrdən daha təsirli ola bilir.

Səkinə Yusifova
Milli.Az

Избранный
6
2
milli.az

10Источники