RU

İndoneziya sahillərində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ nəticəsində bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə İndoneziya KİV-ləri məlumat yayıb.

Sunaminin hündürlüyü 75 santimetrə çatıb.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Ternatedən təxminən 126 kilometr qərb-şimal-qərb istiqamətində, 35 km dərinlikdə baş verib.

Daha əvvəl ABŞ-nin sunami xəbərdarlığı sistemi sunami dalğalarının Yaponiya, Malayziya, Filippin və digər yaxın ölkələrin sahillərinə çata biləcəyi barədə xəbərdarlıq etmişdi.

İndoneziya sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri təxminən 451 000 əhalisi olan Şimali Sulavesi vilayətində yerləşən Manado şəhərindən 163 kilometr şərqdə, ocağı 35 kilometr dərinlikə yeləşib.

ABŞ-nin Okeaniya və Atmosfer Tədqiqatı Milli İdarəsi sunami xəbərdarlığı edib.

İtki və ya dağıntı barədə məlumat yoxdur.

Избранный
4
1
far.az

5Источники