Braziliyada Neymarın milli komandaya qayıdışı ilə bağlı müzakirələr davam edir.
İdmanxeber.az-ın məlumatına görə, hazırda “Santos”da çıxış edən futbolçunun DÇ-2026 heyətinə daxil edilməsi planlaşdırılmır.
Məlumata görə, baş məşqçi Karlo Ancelotti onu yaxın toplanışlara da çağırmağı düşünmür.
Bu səbəbdən Neymarın mundialda iştirakı sual altındadır.