RU

7,4 bal gücündə ZƏLZƏLƏ Sunami xəbərdarlığı edildi VİDEO

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İndoneziyanın Ternate bölgəsində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Malukka dənizində, 10 kilometr dərinlikdə yerləşdiyini açıqlayıb.

Zəlzələdən dərhal sonra Malukka adaları və qonşu bölgələr üçün sunami xəbərdarlığı verilib. Məlumata görə, sunami dalğalarının İndoneziya, Filippin və Malayziya sahillərinə təsir göstərə biləcəyi bildirilir.

Hadisə nəticəsində azı bir nəfər ölüb. Yerli hakimiyyət orqanları bəzi yaşayış binalarına ziyan dəydiyini bildirirlər.

Fidan

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
4
news.milli.az

10Источники