RU

Avropada qazın birja qiymətləri 6% artıb

Avropada qazın birja qiymətləri 6% artaraq, 1 000 kubmetr üçün 606 dollara çatıb. Bu barədə Londonun ICE birjasında qeyd olunub.

TTF indeksi üzrə may fyuçersləri  ticarətə 600,6 dollar (5,4%) səviyyəsində başlayıb. Daha sonra qiymət 605,9 dollar (6,3%) təşkil edib.

Martda Avropada qazın orta birja qiymətləri fevral ilə müqayisədə 59% artıb. Bu artım Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda baş verib və qiymətlər 2023-cü ilin yanvarından bəri ilk dəfə 600 dollar həddini keçib.

Aytac 

Избранный
4
anews.az

1Источники