RU

35 nəfər saxlanıldı

Martın 31-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 7 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.


Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb.

Избранный
40
39
ekologiya.az

10Источники