RU

Nazir Goranboyda qəbul keçirəcək

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Energetika naziri Pərviz Şahbazov aprelin 17-də Goranboy, Yevlax, Göygöl, Samux, Tərtər, Xocalı rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.

Bu barədə Redaktor.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ2200, Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]), Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
16
redaktor.az

10Источники