525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Elmin inkişafı artıq yalnız klassik tədqiqat modelindən asılı deyil. Keyfiyyət yox, kəmiyyət üstün tutulur, məqalə sayı artır, amma real elmi töhfə zəif qalır, çoxlu həmmüəlliflər həmişə keyfiyyət deyil, məqalə çox istinad alır, amma məqalənin real keyfiyyəti artmaya bilir. Bu sistem həm də geniş manipulyasiyaya açıqdır”.
Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov bildirib. Rektorun dediyinə görə, elmin maliyyələşməsində real mənbə kimi dövlət maliyyəsi görünür. Ona görə də, dövlət maliyyəsi hesabına elmin maliyyələşdirmə sistemi yeni yanaşmalar tələb edir. Bu həm də akktuallığını ona görə artırır ki, elmdə struktur islahatları nəticəsində AMEA-nın bir neçə tədqiqat institutlarının ETN-ə verilməsi, daha sonra bəzi univetsitetlərə təhkim edilməsi universitetlərdə elmin fərqli maliyyələşmə sistemi ilə üz-üzə qoyur. Bu isə elmin maliyyələşdirilməsində vahid yanaşmanın tətbiqini gündəmə gətirir:
“Vəziyyət həm də ona görə çətinləşir ki, universitetlərdə elmi fəaliyyət ayrıca olaraq maliyyələşdirilmir”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.