RU

Türkiyənin vitse-prezidenti: Regional hadisələr Türk dövlətlərinə birbaşa təsir göstərir

BAKI, 2 aprel. TELEQRAF

"Regional hadisələr qlobal nəqliyyat və enerji xətləri üzərində strateji mövqedə yerləşən Türk dövlətlərinə birbaşa təsir göstərir".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında bildirib.

Onun sözlərinə görə, Türk dövlətlərində sülh və sabitliyin qorunması təkcə regional rifah üçün deyil, həm də beynəlxalq ticarətin kəsilməzliyi və enerji təhlükəsizliyinin təmini baxımından kritik əhəmiyyət kəsb edir.

"Bu reallıq işığında, Türk dövlətləri olaraq beynəlxalq platformalarda birlik içində hərəkət etməmiz və regional balansları formalaşdırmaq mövqeyimizi gücləndirməmiz hər zamankından daha vacib hala gəlmişdir", - vitse-prezident vurğulayıb.

Избранный
18
teleqraf.com

1Источники