RU

İran, İsrail və ABŞ arasında artan gərginlik TDT coğrafiyası da daxil olmaqla geniş bir ərazidə sülhü təhdid edir - Cevdet Yılmaz

Qlobal sistemdə mövcud olan tıxanıqlıq və zəiflik səbəbindən, təəssüf ki, böhranlar həll olunmadan qalmaqdadır. İran, İsrail və ABŞ arasında artan gərginlik Türk Dövlətləri Təşkilatının coğrafiyası da daxil olmaqla geniş bir ərazidə sülhü təhdid edir.

Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.

"Bu prosesin məqsədi bölgəni addım-addım qeyri-sabitliyə sürükləməkdir. Davam edən münaqişə, xüsusilə Hörmüz boğazı başda olmaqla enerji xətləri və qlobal iqtisadi sabitlik üçün ciddi risklər yaradır.
Kritik infrastruktur və enerji obyektlərinin hədəfə alınması isə həm regionu, həm də qlobal iqtisadiyyatı geri dönülməz fəlakətə sürükləyə bilər. Gözləntimiz münaqişələrə bir an öncə son qoyulması və diplomatiyaya dönüşün təmin edilməsidir", - deyə vitse-prezident bildirib.

Избранный
12
1
day.az

2Источники