RU

® “Ziraat Bank Azərbaycan” ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən “Bankçılıq Mükafatları – 2025” adlı mükafatlandırılma layihəsi üzrə fərqli nominasiyaların sahibləri məlum olub. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”nun üzvü “Ziraat Bank Azərbaycan” bu dəfə “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyalarında mükafata layiq görülüb.

Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 162 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın “Instagram”, “X-platforması”, “Linkedin”, “YouTube” sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Избранный
35
8
azertag.az

10Источники