RU

Bakıda yol təmiri tıxaca səbəb oldu

Bakının Nərimanov rayonunda iki prospektin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar bir sıra yollarda sıxlıq müşahidə olunur.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən "Koroğlu" meto stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, "20 Yanvar" dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi "20 Yanvar" metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Избранный
2
19
missiya.az

10Источники