RU

İndoneziyada Dukono vulkanı yenidən püskürüb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

İndoneziyanın Şimali Maluku əyalətinin Halmahera bölgəsində yerləşən Dukono vulkanı yerli vaxtla saat 11:22-də yenidən püskürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə zamanı zirvədən 1500 metr (dəniz səviyyəsindən 2587 metr) hündürlüyə qalın ağ-boz kül sütunu qalxıb.

Qeyd edək ki, vulkan çərşənbə axşamı səhər saatlarında da aktivləşmiş və kül buludunu 900 metr hündürlüyə püskürmüşdü.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
2
azertag.az

3Источники