RU

Moldova parlamenti MDB-nin yaradılması haqqında sazişi ləğv edib

Moldova parlamenti Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında əsas sazişin denonsasiyası ilə bağlı qanunu son oxunuşda qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə qanunverici orqanın rəsmi saytında məlumat dərc olunub.

Söhbət 1991-ci ildə Minsk və Almatı şəhərlərində imzalanmış tarixi razılaşmalardan gedir. Bu razılaşmalar Müstəqil Dövlətlər Birliyinin yaradılmasının əsasını təşkil edirdi.

Məlumata görə, təşəbbüs ölkə prezidenti Mayya Sandu tərəfindən irəli sürülüb. Müvafiq qanun layihəsi 13 mart tarixində rəsmi olaraq qeydiyyata alınıb.

Qəbul olunmuş qərarın icrasına məsul qurum kimi Moldovanın Xarici İşlər Nazirliyi təyin edilib.

Bundan əvvəl ölkə hökuməti MDB-yə üzvlüklə bağlı əsas sənədlərin ləğvini təsdiqləmişdi.

Избранный
37
ikisahil.az

1Источники