Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, hazırda zirzəmilərdə suyun səviyyəsi xeyli artıb. Bu isə binalardakı liftlərin tamamilə fəaliyyətini dayandırmasına səbəb olub. Nəticədə, xüsusilə yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün hərəkət etmək daha da çətinləşib.
Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bildirib ki, problem bir neçə gün əvvəl Xırdalan və Masazır ərazilərini təmin edən suötürücü nasosxanada baş vermiş qəza ilə bağlıdır:
"Hazırda Bakıdan cəlb olunan mütəxəssislər ərazidə intensiv şəkildə bərpa işləri aparır. Artıq işlərin təxminən yarısı tamamlanıb və yaxın vaxtlarda sistemin tam bərpa ediləcəyi, problemin isə aradan qaldırılacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31