Aprel başladı. Bu o deməkdi ki, ölkə kubokunda və Misli premyer-liqasında həyəcan da qaldığı yerdən davam edəcək. Aprelin 3-də ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına şahidlik edəcəyik. 5-də isə premyer-liqada 26-cı tura start veriləcək.
“Football-plus.az”ın məlumatına görə, premyer-liqa komandaları bu tur heyət baxımından ciddi təhlükə yaşamayacaq. Ona görə ki, klublardan yalnız “İmişli”nin cəzalı futbolçusu var. Söhbət Aran təmsilçisinin legionerlərindən olan Juninyodan gedir.
Maraq üçün xatırladaq ki, 26-cı turda çempionluq uğrunda mübarizə aparanlardan “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edəcək, “Sabah” isə “Araz-Naxçıvan”ın qonağı olacaq. Tura 7-də yekun vurulacaq.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта