RU

“Qarabağ”la “Sabah” üçün 26 cı turla bağlı şad xəbər

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Aprel başladı. Bu o deməkdi ki, ölkə kubokunda və Misli premyer-liqasında həyəcan da qaldığı yerdən davam edəcək. Aprelin 3-də ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına şahidlik edəcəyik. 5-də isə premyer-liqada 26-cı tura start veriləcək.“Football-plus.az”ın məlumatına görə, premyer-liqa komandaları bu tur heyət baxımından ciddi təhlükə yaşamayacaq. Ona görə ki, klublardan yalnız “İmişli”nin cəzalı futbolçusu var. Söhbət Aran təmsilçisinin legionerlərindən olan Juninyodan gedir.Maraq üçün xatırladaq ki, 26-cı turda çempionluq uğrunda mübarizə aparanlardan “Qarabağ” “Karvan-Yevlax”ı qəbul edəcək, “Sabah” isə “Araz-Naxçıvan”ın qonağı olacaq. Tura 7-də yekun vurulacaq.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
22
icma.az

10Источники