RU

Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

Azərbaycanın lombard şirkəti "BQ" ASC-nin nizamnamə kapitalı 200 min 500 manat artırılır.

Marja.az xəbər verir ki, "BQ" ASC hər birinin nominal dəyəri 2005 manat olan 100 ədəd adi, adlı və sənədsiz səhm buraxıb.

Əgər yerləşdirmə uğurla başa çatrarsa "BQ" ASC-nin nizamnamə kapitalı 204 min 510 manata yüksələcəkdir.

Hazırda "BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Fərman Eldar oğluna məxsusdur. 

Qeyd edək ki, "BQ" ASC 2024-cü ili 343 min 327 manat xalis mənfəət ilə başa vurub. 31 Dekabr 2024-cü il tarixində Şirkət 5 milyon 26 min manat  cəmi aktivlərə, o cümlədən 4 milyon 506 min manat kredit portfelinə malik olub.

Избранный
49
1
marja.az

2Источники