Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
APA-nın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.
Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.