RU

İran Hörmüz boğazı ilə bağlı beynəlxalq müqavilələr təklif edir

Bakı, 2 aprel, AZƏRTAC

İran Hörmüz boğazından istifadə ilə bağlı Avropa, Asiya və ərəb ölkələri ilə müqavilələr bağlamağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İran hökuməti nəzdində fəaliyyət göstərən İnformasiya Şurasının rəhbəri Elias Həzrəti deyib. “İran Hörmüz boğazı üzərində tam nəzarətə malikdir. Bu məsələ ilə bağlı razılaşma əldə edə bilərik. Boğazdan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə saziş imzalamağa dəvət edəcəyik”, - deyə o, İranın dövlət televiziyasında bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində İranla münaqişə bitdikdən sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpa olunacağını bildirmişdi. Onun sözlərinə görə, Birləşmiş Ştatların Hörmüz boğazına ehtiyacı yoxdur və regionda gəmiçiliyin bərpası ilə buradan neft tədarük edən ölkələr məşğul olmalıdırlar.

Избранный
19
azertag.az

1Источники