
Ulusum.az-ln nölgə müxbiri xəbər verir ki, Mingəçevirdə ağac aşdı, aptekə ziyan dəydi.Mingəçevirdə iri gövdəli ağacın aşması nəticəsində aptekə və avtomobilə ciddi ziyan dəyib.Ulusum.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində, əsas tibb müəssisəsinin giriş qapısının qarşısında baş verib.Qəfil baş verən hadisə zamanı asfaltı dağıdaraq kökündən qopan palıd ağacı ərazidə yerləşən aptekin və yaxınlıqda olan avtomobilin üzərinə aşıb.Nəticədə aptekin eyvanı və şüşələri dağılaraq yararsız hala düşüb. Avtomobilə isə qismən ziyan dəyib, digər fəsadlar da qeydə alınıb.Qeyd edək ki, hadisənin baş verdiyi ərazi şəhərin ən hərəkətli yerlərindən biridir. Burada çoxsaylı aptek, mağaza və xidmət obyektləri fəaliyyət göstərir. Eyni zamanda, ərazi xəstəxanaya gələn şəxslərin avtomobilləri üçün dayanacaq kimi istifadə olunur.
[b]Ulusum.az
Diqqət Çəkənlər
İtaliyada qalmaqallı hadisə: modelin məzarı açılıb
Tramp ABŞ-nin NATO-dan çıxması imkanını nəzərdən keçirir
Ağdərədə mina hadisəsi baş verib