RU

Sumqayıtda bir ailənin beş üzvü dəm qazından zəhərləndi

Sumqayıt şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, eyni ailənin 5 üzvü hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənənlər – 2015-ci il təvəllüdlü Cəbrayılov Cəbrayıl Kamil oğlu, 2018-ci il təvəllüdlü Cəbrayılov Məhəmməd Kamil oğlu, 2019-cu il təvəllüdlü Cəbrayılov Həmzə Kamil oğlu, 2021-ci il təvəllüdlü Cəbrayılova Ayişə Kamil qızı və 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnət Kamil qızıdır.

Избранный
34
9
publika.az

10Источники