RU

“Azərtütün” 800 hektar sahədə tütün əkəcək

Builki mövsümdə “Azərtütün” ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan rayonlarda 800 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkininə son hazırlıq işləri görülür.

Səhmdar Cəmiyyətdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tütün istehsalı ilə əlaqədar indiyədək ASC tərəfindən bölgənin rayonlarında 32 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 378,9 hektar təşkil edir. Bundan əlavə, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 421,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Ümumiyyətlə, builki mövsümdə “Azərtütün” ASC tərəfindən Şəki rayonunda 420 hektar, Zaqatalada 260,5 hektar, Qax rayonunda 69,8 hektar, Balakəndə isə 50,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkiləcək.

İstixana şəraitində yetişdirilmiş tütün ştillərinin yaxın günlərdə sahələrə köçürülməsinə başlanılacaq.

Избранный
18
2
ekologiya.az

3Источники