RU

Mario Götze “Ayntraxt”la yeni müqaviləyə imza atdı – ARENA.AZ

Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Mario Götze Frankfurt təmsilçisi ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Frankfurtluların 30 yaşlı yarımmüdafiəçi ilə yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti isə 2026-cı ilin yayında bitəcəkdi.

Mario Götze 2022-ci ilin iyulundan “Ayntraxt”da çıxış edir. O, cari mövsümdə “Ayntraxt”ın heyətində 26 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib. Götze Frankfurt klubunda bütövlükdə 148 oyun keçirib, 12 qol və 18 məhsuldar ötürmə müəllifi olub.

Götze daha öncə “Borussiya” (Dortmund), “Bayern” və PSV kimi klubların da formasını geyinib. O, Almaniya milli komandasında da 66 oyuna çıxıb, 17 qola imza atıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman futbolçunu 3,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
25
11
arena.az

10Источники