RU

Özəlləşdirmə çekləri: hüquqi status, qanuni əsaslandırma və Milli Məclisə müraciət

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Milli və beynəlxalq qanunvericiliyin tələbləri açıq-aşkardır: ortada ciddi konstitusion pozuntu var və problem təcili aradan qaldırılmalıdır

“Facebook”da 42 min aliləni birləşdirən və özəlləşdirmə paylarını (çeklərini) satmayıb, ümüdlə saxlayan yüzminlərlə vətəndaşı təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu” adından, Konstitusiya pozuntuları və hüquqlarının bərpası barədə Milli Məclis Sədri Sahibə Qafarovaya və deputatlara yeni açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

I HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLAR

Xronoloji və geniş izahlı hüquqi əsaslandırma

GİRİŞ – SSRİ-nin dağılması ilə sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında (bundan sonra AR olaraq adlandırılacaq) olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. SSRİ dövründə mövcud olan dövlət əmlakı hüquqi baxımdan xalq mülkiyyəti hesab olunurdu. 1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu. 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırılmışdır və Özəlləşdirmə haqqında Qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edilmişdir.

Konstitusiya Məhkəməsinə təqdim edilən bu şikayət Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit edilmiş mülkiyyət hüququnun təmin olunmaması, pozulması ilə bağlıdır və təkcə şikayətçilərin fərdi hüquq mübahisəsi deyil, Azərbaycan Respublikasının hüquq sistemində yaranmış normativ ziddiyyətin aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunvericiliyi ilə vətəndaşlara verilmiş özəlləşdirmə payları (çekləri) qanunla tanınmış mülkiyyət hüququnun obyektidir və həmin hüquq bu günə qədər qanunvericiliklə ləğv edilməmişdir. Lakin uzun illərdir ki, icra hakimiyyəti aktları və inzibati praktika nəticəsində bu hüququn həyata keçirilməsi faktiki olaraq mümkünsüz vəziyyətə gətirilmişdir. Bu isə Konstitusiya ilə təmin edilmiş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması öhdəliyinin yerinə yetirilməməsi deməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Belə vəziyyət Konstitusiyanın 147 və 149-cu maddələrində təsbit edilmiş normativ hüquqi aktların iyerarxiyası prinsipinə ziddir və yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində aradan qaldırıla bilər. Qanun və icra hakimiyyəti aktı arasında yaranmış normativ ziddiyyətin aradan qaldırılmasının vacıbliyi Konstitusiya hüququnun tətbiqi ilə bağlı prinsipial  məsələ olduğundan belə bir məsələ yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində həll edilə bilər. Bu səbəbdən işin Plenum iclasında araşdırılması zəruri hesab edilir.

Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunvericiliyinə əsasən özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakında pay əldə etmək məqsədilə verilmiş və qanunla qorunan mülkiyyət hüququnun obyektidir. Bu çeklər yalnız formal qiymətli kağız deyil, həm də iqtisadi dəyərə malik aktiv, dövriyyəyə buraxılmış və əmlak əldə etmə funksiyasını yerinə yetirən hüquqi alət olmuşdur.

Dövlət tərəfindən bu alətlərin dövriyyəyə buraxılması, sərbəst alqı-satqısına icazə verilməsi və dövlət əmlakının əldə olunması üçün istifadə edilməsi onların faktiki olaraq iqtisadi münasibətlərdə dəyər ekvivalenti funksiyası daşıdığını göstərir. Bu isə həmin hüquqların yalnız nominal deyil, real iqtisadi məzmun daşıdığını təsdiq edir.

Lakin sonradan icra hakimiyyəti aktları və inzibati praktika nəticəsində qanunla tanınmış bu hüququn həyata keçirilməsi faktiki olaraq mümkünsüz vəziyyətə gətirilmişdir. Beləliklə, şikayətçilərin mülkiyyət hüququ formal olaraq mövcud olsa da, onun real həyata keçirilməsi imkanı aradan qaldırılmışdır.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq məhdudlaşdırılması və ya ləğv edilməsi, həmin qanunvericiliyin icra olunmaması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır, hüquqi dövlət prinsipinə ziddir.

Xüsusilə qeyd olunmalıdır ki, yaranmış hüquqi vəziyyət normativ aktlar arasında ziddiyyət xarakteri daşıyır və bu ziddiyyətin aradan qaldırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən məsələ yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində həll edilə bilər.

Bundan əlavə, şikayətçilərdə dövlət tərəfindən yaradılmış hüquqi rejim əsasında legitim gözlənti formalaşmışdır. Bu gözlənti həm milli hüquq prinsiplərinə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış praktikasına uyğun olaraq mülkiyyət hüququnun tərkib hissəsi kimi qorunmalıdır.

Beləliklə, təqdim edilən şikayət yalnız fərdi hüquq pozuntusu ilə bağlı deyil, eyni zamanda hüquqi müəyyənlik, legitim gözlənti və normativ aktların iyerarxiyası prinsiplərinin pozulması ilə bağlı sistemli konstitusion məsələni əhatə edir.

ƏSAS KONSTİTUSİON  SUAL: Bu iş üzrə Konstitusiya Məhkəməsinin həll etməli olduğu əsas konstitusion məsələ aşağıdakından ibarətdir:

Qanun qüvvədə qaldığı halda, qanunla tanınmış mülkiyyət hüququnun icra hakimiyyəti aktları, inzibati praktika və məhkəmə təfsiri ilə faktiki olaraq istifadəsiz hala gətirilməsi Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələri ilə uzlaşırmı?

II KONSTİTUSİYA ŞİKAYƏTİNİN PREDMETİ:

Bu şikayətlə bildirmək istəyirik ki,  icra hakimiyyəti aktları, inzibati praktika və məhkəmə təfsiri ilə Azərbaycan Respublikası Konstitusiyasının aşağıdakı müddəalarının  pozulduğu iddia edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi – Mülkiyyətin toxunulmazlığı prinsipi pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi – Mülkiyyət hüququnun dövlət tərəfindən qorunması təmin edilməmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi – Konstitusiyanın və qanunların aliliyi prinsipi pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi – Normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi – Mülkiyyət hüquqlarının tənzimlənməsinin yalnız qanunverici orqana aid olması prinsipi pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi – İnsan və vətəndaş hüquqlarının təmin edilməsi ilə bağlı dövlət öhdəlikləri pozulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi - Məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Şikayətçilərin mülkiyyət hüquqları və həmin hüquqların praktik həyata keçirilməsi imkanları qanunla nəzərdə tutulmuş prosedur və təminatlar olmadan məhdudlaşdırılmışdır. Mülkiyyət hüququna müdaxilə yalnız qanunla, hüquqi müəyyənlik və ədalətli kompensasiya prinsipləri gözlənilməklə mümkündür. İcra hakimiyyəti xarakterli aktlarla bu hüququn faktiki məhdudlaşdırılması hüquqi dövlət prinsipinə ziddir.

Dövlət şikayətçilərə Dövlət Qiymətli Kağızı - özəlləşdirmə çekləri təqdim etməklə, onlara real iqtisadi dəyərə malik əmlak vəd etmişdir. Lakin nəticədə şikayətçilərə yalnız bu vədin “qablaşdırılması” təqdim edilmiş, vəd edilən dəyərin özü isə heç vaxt əlçatan olmamışdır.

Beləliklə, şikayətçilər mülkiyyət hüququnun məzmununu deyil, yalnız onun boş hüquqi qabığını əldə etmişlər.

Bu pozuntulara qarşı hesab edirik ki, Dövlətin arqumentləri ola bilməz! Bu fikrimizi aşağıdakılar ilə əsaslandıra bilərik:

1) Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi ədalət və  iqtisadi-sosial siyasət pozularaq, dəyişdirilməsi ilə əsaslandırıla bilməz! Çünki Heydər Əliyev dövlətin  ən kasıb vaxtında – büdcədə və Neft Fondunda heç bir milyon dollar olmayanda özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-ni Miras Əmlak Payı kimi xalqa vəd etdi və bu Qanunlarda öz əksini tapdı.

2) Dövlətin özəlləşdirmə proqramı başa çatmayıb və davam edir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, bu özəlləşdirmə uzun müddət davam etməsindən asılı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Bu səbəbdən də bu gün qüvvədə olan 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun (bundan sonra “2000-ci il tarixli 878-IQ saylı Qanun” adlandırılacaq) 10-cu maddəsində dövlət özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi istifadə etmə hüququ müddətsiz olaraq qəbul olunub.

3) Bu iş fərdi bir iş deyil – yüzminlərlə ailənin problemidir və  “ictimai maraq” daşıyır.

III KONSTİTUSİYA ŞİKAYƏTİNİN VERİLMƏSİNİN SƏBƏBLƏRİ

Konstitusiya şikayətinin verilməsinin səbəbləri ilə bağlı deyə bilərik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 149-cu və digər maddələrinin, xüsusilə “normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası və başqa maddələrinin” pozulması nəticəsində, aşağıdakı qəbul edilməz pozuntular meydana gəlmişdir:

Hüquqi müəyyənlik prinsipi pozulmuşdur (legal certainty).

Qanuni gözləntini pozulmuşdur (legitimate expectation).

Dövlətin vətəndaşlara verdiyi rəsmi vədlərin yerinə yetirilməməsi meydana gəlmişdir.

Dövlətin yaratdığı hüquqi sistemin yarımçıq saxlanılması meydana gəlmişdir.

Effektiv hüquqi müdafiənin olmaması meydana gəlmişdir (məhkəmələr hüquqları müdafiə etmir).

Mülkiyyət hüququ pozulmuşdur.

IV QANUNVERİCİLİK  –  FAKTLAR

Aşağıda göstərilən faktlar dövlət özəlləşdirmə paylarının (çeklərinin) qanunla müəyyən edilmiş hüquqi statusunu, onların dövriyyədən çıxarılmadığını və sonradan aşağı hüquqi qüvvəli aktlarla istifadəsinin məhdudlaşdırıldığını göstərir.

A) HÜQUQİ STATUS:

07.01.1993-cü il tarixli 445 saylı "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Qanunun (bundan sonra “07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanunu”) “Dövlət özəlləşdirmə Proqramı” adlanan 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər”.

07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanununun 10-cu maddəsində deyilir ki, “Özəlləşdiriləcək müəssisələrin, obyektlərin (əmlakı) siyahısı, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları ancaq qanunverici orqan tərəfindən Qanunla qəbul olunacaq Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilə bilər”.

Həmin Qanununun “Özəlləşdirmə payı” adlı 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, “Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Bu bənd ilə Qanunla Dövlət Özəlləşdirmə Payının (bundan sonra DÖP) əvəzsiz verilən mülkiyyət hüququ olduğunu təsdiqlədi və dövlət vətəndaşın mülkiyyət hüququnu tanıdı.

Həmin 18-ci maddədən aydın olur ki, DÖP-nın məbləği özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisəsi və obyektlərinin dəyərinə əsasən müəyyənləşdirilir və verilməsi mexanizmi - bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanır və yalnız hesabdan-hesaba keçirilir. Özəlləşdirmə payı vərəsəlik hüququ əsasında keçdikdə də ancaq təyinatlı məqsədlə istifadə olunur. Bununla da dövlət vətəndaşların hüquqların icra mexanizmini  müəyyənləşdirdi. Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanunu “İnvestisiya fondu” adlı 19-cu maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Bu məqsədlə respublikada xüsusi (şəxsi) investisiya fondları da yaradıla bilər”.

Göründüyü kimi, Dövlət Qanunda bu normanı (mexanizmi) qəbul etməklə qanuni gözlənti formalaşdırmışdır. Dövlət vətəndaşlara öhdəlik kimi zəmanət verdi və alternativ olaraq imperativ norma kimi qəbul etdi ki, “dövlət investisiya fondları yaradılacaq”. Bununla Dövlət hər bir vətəndaşın ixtisaslaşdırılmış investisiya fonduları vasitəsi ilə özəlləşdirmə paylarını əldə edə biləcəklərinə 100% Dövlət zəmanəti verir.

Qeyd edək ki, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edildi (bundan sonra “29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı” adlanacaq). Qanunla qəbul edilmiş həmin Dövlət Proqramının GİRİŞ hissəsində yazılır ki, Dövlət Proqramına hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edilir.

29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının “DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI” adlı 3-cü hissəsinin 2-ci bəndində (abzasında) yazılır ki, “Özəlləşdirmə payı - Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Bu qanundan da göründüyü kimi, Dövlət bu norma ilə 1993-cü il tarixli 445 saylı Qanununda olduğu kimi DÖP-nın əvəzsiz verilən mülkiyyət hüququ olduğunu bir daha təsdiqlədi və vətəndaşın mülkiyyət hüququnu tanıdı.

Onu da qeyd edək ki, 2000-ci il sentyabrın 1-də qüvvəyə minmiş AR Mülki Məcəlləsinin (bundan sonra AR MM) “Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi” adlı 14-cü maddəsinin 2.2-ci bəndinə uyğun olaraq DÖP və Dövlət özəlləşdirmə payları (çekləri) (bundan sonra “DÖPÇ”) “sosial güzəşt” deyil, “qanunla yaranmış mülkiyyət hüququdur”.

“DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI” adlı 3-cü hissəsində yazılır: “3. Özəlləşdirmə payı - respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər.

Dövlət özəlləşdirmə payı - adsız (təqdim edənə), nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir.

Burada Dövlət Qanunla  mülkiyyət hüququnun reallaşdırılması aləti kimi əvvəlki 445 saylı Qanunda olan pul formasında icrasından imtina edir və əvəzində qiymətli kağız formasını – Dövlət Özəlləşdirmə Çeklərini tətbiq edir və eyni zamanda hər bir vətəndaşa verilən çeklərin eyni dəyərə malik olduğu göstərilərək – bərabərlik hüququ tanıyır.

Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır.

Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir.

Burada Dövlət özəlləşdirmə payını təsdiq edən hər bir çekin maddi ekvivalent dəyərinin inflyasiyadan qorunan qiymətli kağız forması olduğu və  maddi ekvivalent hissəsi olduğu elan edildi.

Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir”.

29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı ilə özəlləşdirmə payının pul hesabı formasından imtina edilir; əvəzində adsız sənədli qiymətli kağız olduğu qəbul olunur, bununla da özəlləşdirmə çeki tətbiq olunur; hər çek, dövlət mülkiyyəti ilə təmin edilir; DÖPÇ verildiyi an eyni dəyərə malikdir, bərabər hesab olunur, nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu göstərilir.

10. Bununla da qanun qiymətli kağız kimi Dövlət Özəlləşdirmə Paylarını (çeklərini) vətəndaşların ikinci mülkiyyət hüququ kimi tanıyır və sonradan qiymətli kağız kimi AR MM-in 1078-4.1-ci maddəsi ilə tənzimləyir:

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları; 1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Göründüyü kimi, AR MM-in 14.2.2-cü, 183-cü və 1078-4-cü maddələrinə əsasən, özəlləşdirmə çekləri mülkiyyət hüququ yaradan qiymətli kağızlardır.

B) MEXANİZM və TƏMİNATLAR

Özəlləşdirmə çeklərinin verilməsi mülkiyyət hüququnun dəyişdirilməsi və ya Dövlət Özəlləşdirmə Payının ləğvi deyil - qanunun həyata keçirilməsinin mexaniki formasının dəyişdirilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün yeni sənədin qəbul edilməsidir.

Məhz 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramın icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” AR Prezidentinin 25.03.1996-cı ilə tarixli 450 nömrəli Fərmanı qəbul edildi və həmin Fərman ilə AR-da dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə təsdiq edildi. Bu gün də qüvvədə olan həmin Əsasnamənin 1-ci hissəsinin 5-ci bəndində yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Bu gün qüvvədə olan həmin Əsasnamə, bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etməyin qəti qadağan olduğunu qəbul edib.

Həmin 450 nömrəli Fərmanla imzalanan Əsasnamənin hazırlanmasına SƏBƏB olan “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 07.01.1993-cü il tarixli 445 nömrəli Qanunun DÖP-ları adlanan 18-ci maddəsinin 8-ci bəndində deyilir ki, “Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir”.

Burada DÖPÇ-nin bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi istifadəsinin hüquqi əsasının əmələ gəlmə səbəbi bu hüquqi tarazlığı yaradan 1993-cü ildə qəbul olunmuş 445 nömrəli Qanunun 19.1-ci maddəsidir.

Belə ki, həmin Qanunun 19.1-ci maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”.

Bu isə o mənaya gəlir ki, Dövlət tərəfindən investisiya fondu yaradılana qədər Özəlləşdirmə Paylarının banklarda pul və ya dövlət qiymətli kağızı olan DÖPÇ formasında verilməsi qaydasından asılı olmayaraq, onların bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi olması birbaşa qanunla tənzimlənib.

AR MM-nin 153.3-cü maddəsinə görə, Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Onu da qeyd edək ki, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramında dövriyyədə olan müddətdə DÖPÇ-nin tədavül vasitəsi kimi (alqı-satqı, bankda girov qoymaq və s.) istifadəsi 3 il müəyyən edildi.

Lakin qanunlarda heç vaxt özəlləşdirmə çeklərinin  dövriyyədə olduğu müddətdə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsinə müddət qoyulmadı – məhdudlaşdırılmadı.

Çeklərin özü şikayətçilərin mülkiyyət hüququnun ilkin sənəd sübutudur. Qanunvericiliyə uyğun olaraq hər vətəndaşa şəxsiyyət vəsiqəsi təqdim edilməklə - imza atdıqdan sonra fərdi nömrəsi olan 4 çekdən ibarət 1 ədəd DÖP verilib.

Məhz çekin üstündə də yazılır ki, “BU ÖZƏLLƏŞDİRMƏ ÇEKİ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİYYƏTİ İLƏ TƏMİN EDİLİR”.

Bu çeklərin üzərində müddət yazılmayıb. Özəlləşdirmə payları-çekləri adsız qiymətli kağız sayılır və mülkiyyət hüququ sənəd sahibindədir.

Bu, o deməkdir ki, dövlət bu çeklərin arxasında maddi öhdəlik götürüb. DÖPÇ sadəcə normativ vəd, təkcə gələcək ümid deyil - qanunvericilikdə tanınmış, fərdiləşdirilmiş və iqtisadi dəyərə malik hüquqlardır və mülkiyyətlə təmin olunmuş dövlət borcu xarakteri daşıyır.

29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının” ORTA VƏ İRİ MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİ adlı 8-ci hissənin 3-cü bəndi ödəmə vasitəsi kimi çeklərdən istifadə etməklə səhmdar cəmiyyətin səhmlərinin satışı belə bölüşdürülür: 15% — əmək kollektivinə və 50%-dən az olmayaraq — çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir;

Göründüyü kimi, Qanunla qəbul olunmuş Dövlət Proqramında çeklərin tədavül müddəti göstərilsə də, bu proqramda çeklərin nə dövriyyədə olma müddəti – nə də çeklərin dövriyyədə olduğu müddətdə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi heç vaxt məhdudlaşdırılmadı. Çeklər investisiya xarakterli qiymətli kağızlar olduğu üçün Qanunda ancaq özəlləşdirmə zamanı ödəmə vasitəsi kimi istifadə olunmuş çeklərin dövriyyədən çıxarılması nəzərdə tutulurdu və ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan çeklərin qanunla dövriyyədən çıxarılması mexanizmi nəzərdə tutulmamışdır. 

29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının 8-ci hissəsinin 3-cü bəndinin imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq DÖPÇ ilə satılmalıdır - əvəzlənməlidir. Qanunla investorlar əmək kollektivi tərəfindən özəlləşdirilməyən - 15%-dən qalan DÖP-nı və hərraclar üçün nəzərdə tutulmuş 50% DÖP-nı ancaq vətəndaşlardan DÖPÇ-ni (çeklərini) əldə etməklə sahib ola bilərdi. Qanunla xarici investorlar özəlləşdirmədə iştirak etmək üçün əvvəlcədən opsion almalı idi.

29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ OPSİONU adlı 4-cü hissəsində yazılır: Xarici sərmayəçilər tərəfindən dövlət özəlləşdirmə payları (çekləri), habelə ilkin və təkrar bazarlarda özəlləşdirilən müəssisələrin səhmləri yalnız dövlət özəlləşdirmə opsionları silinmək üçün təqdim edildikdən sonra satın alına bilər. Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir.

7 yanvar 1993-cü il tarixli 445 saylı Özəlləşdirmə haqqında Qanun dövlət özəlləşdirmə paylarını hər bir vətəndaşa əvəzsiz verilən dövlət əmlakının bir hissəsi kimi açıq şəkildə tanımışdır. 29 sentyabr 1995-ci il tarixli Qanunla təsdiq edilmiş Dövlət Proqramı bu payın ölçülə bilən iqtisadi dəyərə malik fərdiləşdirilmiş hüquq olduğunu təsdiq etmişdir.

Azərbaycan Respublikasında özəlləşdirmə prosesinin normativ hüquqi tənzimlənməsi çərçivəsində Dövlət Əmlak Komitəsinin 222 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 75 nömrəli qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş normativ aktla dövlət özəlləşdirmə opsionlarının tətbiqi və onların qiymətinin müəyyən edilməsi qaydaları müəyyən edilmişdir.

Dövlət özəlləşdirmə opsionunun qiymətinin hesablanması qaydalarına əsasən opsionun dəyəri özəlləşdirmə payının dəyərinin müəyyən faizi ilə müəyyən edilirdi və həmin qiymət üçün minimum hədd müəyyən olunmuşdu. Qaydada göstərilirdi ki, opsionun qiyməti özəlləşdirmə payının dəyərinin 0.1 faizi miqdarında hesablanır və hər bir opsionun qiyməti 2000 manatdan az olmamalıdır.

Dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının, “FOND BAZARININ İNKİŞAFI” adlı 7 saylı Əlavəsininin 6-cı bəndində deyilir ki, “Çek investisiya fondları sonradan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində istifadə etmək məqsədinə fiziki və hüquqi şəxslərdən özəlləşdirmə paylarını (çeklərini) yığırlar”.

Qanunun 7-ci Əlavəsinin icrası üçün “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanında deyilir ki, “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşması, dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızlara əhali tərəfindən qoyulan vəsaitlərin qorunması və dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə təsdiq edilsin.

Bu gün də qüvvədə olan Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin 1-ci bəndində deyilir ki, “Çek investisiya fondları dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində fiziki və hüquqi şəxslərin dövlət özəlləşdirmə payları (çekləri) vasitəsi ilə iştirakını təmin etmək məqsədi ilə çekləri toplamaq üçün yaradılır.

Həmin Əsasnamənin 6-cı bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının ərazisində çek investisiya fondlarının fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir”.

Onu da qeyd edək ki, sonradan qəbul olumuş 2000-ci il tarixli 878-IQ saylı Qanunun 33.2-ci maddəsinə əsasən, “1993-cü il tarixli 445 saylı Qanununu və 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı qüvvədən düşmüş hesab edilmişdir”.

Yenə həmin 2000-ci il tarixli 878-IQ saylı Qanunun 33.1-ci maddəsində XÜSUSİ norma olaraq QEYD edilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”.

Dövlətin pozitiv öhdəliyi (investment funds məsələsi) əvvəlki qanunlarda açıq şəkildə yazılıb. Başqa bir ifadə ilə vətəndaş özəlləşdirmə çekindən birbaşa istifadə edə bilmirsə, dövlət investisiya fondları yaratmalı, vətəndaş həmin fondlar vasitəsilə öz mülkiyyət hüququnu reallaşdırmalı idi. Burada artıq, sadə proqram vədindən yox, Qanunla qəbul olunmuş imperativ (məcburi) dövlət öhdəliyindən söhbət gedir.

Bu Əsasnamədə və 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramında” ixtisalaşdırılmış çek investisiya fondlarının 1993-cü il tarixli 445 saylı Qanununun 19-cü maddəsində olduğu kimi, dövlət tərəfindən yaradılacağı birbaşa norma ilə tənzimlənməsə belə, hesab edirik ki, 1993-cü il tarixli 445 saylı Qanununun 19-cü maddəsi həmin fondların dövlət tərəfindən yaradılmasını məcburi hala gətirib.

Maraqlı və araşdırılması vacib olan məsələlərdən - DÖPÇ-nin səmərəli istifadəsi üçün 1120 saylı Qanunun  7 saylı Əlavəsi əsasında icrası bu gün də qüvvədə olan “İxtisaslaşdırılmış çek investisiya fondları” haqqında 14 may 1997-ci il 579 Fərmanla təsdiqlənmiş ƏSASNAMƏ ilə nəzərdə tutulan Çek investisiya fondları da yaradılmadı. 2011-ci ildə DÖPÇ-nin tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin dayandırılmasına baxmayaraq bu ƏSASNAMƏDƏ 22 dekabr 2014-cü ildə 426 nömrəli Fərmanla dəyişikliklər edilib.

Məlum olduğu kimi, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” AR Prezidenti 25.03.1996-cı ilə tarixli 450 nömrəli Fərman imzaladı və həmin Fərman ilə Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlanacaq) təsdiq edildi.

Xüsusi QEYD - 7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının prezidenti Ulu Öndər Heydər Əliyevin - Prezident Sarayında çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata kecirilməsindən asılı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır. Ulu Öndər Heydər Əliyevi ən çox narahat edən sual “Bəs, bu, necə olacaq?” məsələsi idi.  

C) POZUNTULAR və ZİDDİYYƏTLƏR

Bu gün də qüvvədə həmin Çeklər haqqında Əsasnamənin 1-ci hissəsinin 5-ci bəndində yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Yəni həmin Əsasnamə bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etməyin qəti qadağan olduğunu qəbul edib. Başqa bir ifadə ilə həmin Əsasnamədə çeklərin ödəmə - tədiyyə vasitəsi kimi istifadəsi üçün heç bir müddət qoyulmayıb, bütün özəlləşdirmə dövrü çeklərdən istifadənin mümkün olduğunu göstərib.

35. Qeyd edək ki, 2000-ci il tarixli 878-IQ saylı Qanun qəbul edilmişdir.

Bu gün qüvvədə olan həmin qanunun 1.0.1-ci maddəsində deyilir ki, “dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir”.

Həmin qanunun 1.0.5-ci maddəsində deyilir ki, “dövlət özəlləşdirmə payı - dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur”.

36. Yuxarıda da qeyd edilən Qanunla qoyulmuş normalardan aydın olur ki, özəlləşdirmə dövlət proqramlarında sonradan ediləcək dəyişikliklər də ancaq qanunla həyata keçirilə bilər. Belə ki, 1993-cü il tarixli 445 saylı Qanununun “Dövlət özəlləşdirmə Proqramı” adlanan 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər”.

Yenə 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının GİRİŞ hissəsində yazılır ki, Dövlət Proqramına hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edilir.

Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra AR Konstitusiya) 13 və 29-cu maddəsində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.

38. AR Konstitusiyasının 94-cü maddəsinin 13-cü və 29-cu bəndinə əsasən mülkiyyət hüququ ancaq AR MM tərəfindən ümumi qaydalarla müəyyən edilir. AR Konstitusiyanın 109-cu maddəsi ilə, bu səlahiyyətlər AR Prezidentinin səlahiyyətinə aid deyil.

Bundan başqa AR MM-in 153.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Lakin 2000-ci il tarixli 878-IQ saylı Qanunun 5.1-ci maddəsində deyilir ki, “Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur”. Göründüyü kimi söhbət adi dövlət proqramından deyil, mülkiyyətin bölgüsünü və mülkiyyət hüququnun yaranmasını tənzimləyən normativ aktdan gedir. Başqa dövlət proqramlarından fərqli olaraq bu proqram mülkiyyətin bölgüsünü və mülkiyyət hüququnun yaranmasını, istifadəni və sairəni tənzimlədiyi üçün fərmanla deyil, qanunla qəbul olunmalı idi.

Milli hüquq sistemində mülkiyyət hüquqlarının tənzimlənməsi yalnız qanunla mümkündür. Lakin bu halda dövlət mülkiyyət hüquqlarını və bölgüsünü tənzimləyən əsas normativ akt qanunvericilik səviyyəsindən icra hakimiyyəti səviyyəsinə endirilmişdir.

Beləliklə Konstitusiyaya və qanunlara tam zidd olaraq Mülkiyyət və Bərabərlik hüququ, Əmlak bölgüsü ilə bağlı qanunla əvvəllər dövlət tərəfindən özəlləşdirmə payının verildiyi vaxt Qanunla qəbul edilmiş dövlət öhdəlikləri sonradan - 2000-ci ildə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2.2, 5.2.3, 5.2.4, 5.2.6, 16.2, 17.1, 22.1, 29.1-ci maddələri ilə qanunverici orqan tərəfindən həyata keçirilməli olan səlahiyyətlər bəzi maraqlı subyektlər tərəfindən müvafiq icra hakimiyyətinə aid edildi. Bu isə Konstitusiyaya görə qəbul edilməzdir.

Adi dövlət proqramlarından fərqli olaraq, Dövlət Özəlləşdirmə Proqramı dövlət əmlakının bölüşdürülməsini tənzimləyir və fərdi mülkiyyət hüquqlarının yaranması və əhatə dairəsini birbaşa müəyyən edir. Həmin dövrdə qüvvədə olan daxili qanunvericiliyə görə, belə bir proqram yalnız Milli Məclisin qəbul etdiyi qanunla qəbul edilə və dəyişdirilə bilərdi. Lakin sonrakı qanunvericilik dəyişiklikləri bu səlahiyyəti icra hakimiyyəti orqanına verdi ki, proqramın qəbul edilməsinə, nəticə etibarı ilə Prezident tərəfindən təyin edilməsinə icazə verildi. Vətəndaşların qanunla müəyyən edilmiş mülkiyyət hüquqları, qanuna uyğunluq, hüquqi müəyyənlik və legitim gözlənti prinsipləri pozulmaqla, sonradan icra hakimiyyəti orqanının normativ hüquqi aktı (fərman) ilə dəyişdirilmişdir. Bu dəyişiklik proseduru deyil, bu dəyişiklik hakimiyyət bölgüsünü dəyişir. Beləliklə, mülkiyyət hüquqlarının yaranmasına, bölgüsünə və ləğvinə birbaşa təsir edən normativ çərçivə qanunverici orqanın səlahiyyətindən çıxarılaraq icra hakimiyyətinin diskresiyasına verildi.

Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun “Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi” adlı 10-cu maddəsində deyilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”. Qanundan göründüyü kimi özəlləşdirmə çeklərinin əsas mahiyyəti - onları kimlərəsə satmaq və ya banka girov qoymaq – yəni dövriyyədə Tədavül vasitəsi kimi istifadə etmək YOX – Qiymətli Kağız kimi dövriyyədə Ödəmə - Tədiyyə vasitəsi kimi istifadə olunmasıdır.

Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsindən göründüyü kimi, DÖPÇ-nin əsas funksiyası tədavül vasitəsi ( alqı-satqı, girov və s.) predmeti olmaq deyil, “onların üzərindəki yazılara” münasib olaraq dövriyyədə olduğu dövrdə ödəmə - tədiyyə vasitəsi kimi dövlət əmlakı ilə təmin edilməsidir. Bu qanun maddəsi bütün özəlləşdirmə zamanı vətəndaşları mülkiyyət hüquqlarının qorunması üçün həm dövlətin zəmanəti, həm də dövlət öhdəliyidir. Bu Qanuna əsasən DÖPÇ manatla yanaşı ödəmə vasitəsi kimi tanınmış, onların istifadəsinə dair qanunda müddət məhdudiyyəti müəyyən edilməmişdir və bu status qanun səviyyəsində verilmişdir.

Ən əsası  DÖPÇ-nin dövriyyədə olma və dövriyyədən çıxarılma müddəti ilə bağlı qanunda heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.

2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsində bütün özəlləşdirmə dövrü üçün Ödəmə - Tədiyyə vasitəsi kimi istifadənin müddətsiz olduğunu təsdiq edən bu qaydanın hüquqi əsası 1993-cü il tarixli 445 saylı Qanununun imperativ norması olan 19.1-ci maddəsi ilə qoyulub. Xüsusilə qeyd edək ki, Belarus Respublikasında özəlləşdirmə bizdən əvvəl başlayıb, bu gün də çeklər tədavül vasitəsi kimi deyil, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunur və özəlləşdirmə çeklərinin nominal qiyməti hər il indeksasiya olunur.

Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun - Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət özəlləşdirmə çeklərinin və dövlət özəlləşdirmə opsionlarının tədavüldən çıxarılması haqqında 12-ci Maddəsində deyilir: “Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir”.

Göründüyü kimi, ancaq ödəmə vasitəsi kimi istifadə olunan çeklər tədavüldən cıxarılır – bu isə AR MM-in 1078-27.3. maddəsi ilə dövriyyədən çıxarılmış hesab olunur.

Eyni zamanda AR MM-in 4-cü maddəsi ilə - Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

AR MM-sinin 136-cı maddəsində əşyaların mülki dövriyyəsi ilə bağlı göstərilir ki, “136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir”.

AR MM-sinə əsaslanaraq deyə bilərik ki, 2000-ci il tarixli 878-IQ saylı Qanunda DÖPÇ-nin nə dövriyyədə olma müddəti, nə ödəmə vasitəsi kimi istifadəsi qanunla məhdudlaşdırılmayıb.

2000-ci il tarixli 878-IQ saylı Qanunun 14-cü maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini həyata keçirmək məqsədilə Dövlət Komissiyası yaradılır. Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi aktla tənzimlənir”.

Qeyd edək ki, qanunun 14-cü maddəsinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini gücləndirmək məqsədilə AR Prezidentinin 28 fevral 2007-ci il 2006 nömrəli Sərəncamı ilə “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın sədri  Baş nazir təyin edildi. Prezident öz Sərəncamında Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırdı ki, bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

2007-ci ildən sonra bu Sərəncamda Prezident tərəfindən 11 dəfə dəyişikliklər edilib (axırıncı dəfə 3 mart 2023-cü il tarixli 3782 nömrəli ). Lakin bu günə qədər AR Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının ƏSASNAMƏSİ hazırlanmayıb – yoxdur. Məhz bu səbəbdən də özəlləşdirmə prosesində heç bir dövlət nəzarəti olmayıb. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulan institusional nəzarət mexanizmi praktik olaraq mövcud olmamışdır.

2000-ci il tarixli 878-IQ saylı Qanunu qəbul olunandan 3 ay sonra “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı”nın qəbul edilməsi barədə AR Prezidenti 10 avqust 2000-ci il 383 nömrəli Fərman imzaladı (bundan sonra Fərmanla qəbul olunmuş Dövlət Proqramı) .

Həmin dövlət Proqramı ilə aşağıdakı yeniliklər gətirildi:

1) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 1.5-ci bəndi ilə “çeklərdən dövriyyədə tədavül vasitəsi kimi istifadə edilməsinə müddət qoyuldu və bir necə dəfə Fərmanlarla uzadıldı, 2011-ci ildən çeklərin tədavülü dayandırıldı”.

2) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 4.2.4-cü bəndi ilə “bir özəlləşdirmə çekinin qiyməti son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə müəyyən ediləcəyi” qəbul olundu.

3) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 7.4.1-ci bəndi ilə  “satıcının müəyyən etdiyi hallarda tərəfin razılığı ilə özəlləşdirilən dövlət əmlakının dəyəri ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən alınan rəsmi məlumatlar əsasında bazar dəyəri müəyyən edilən dövlət özəlləşdirmə payları (çekləri) ilə pul ekvivalentinə münasib şəkildə ödənilə bilər”.

Məhz bu səbəbdən Dövlət icra orqanları hər həftə özəlləşdirmə hərraclarına çıxarılacaq müəsisələrin sayı, maliyyə tutumu və səhmlərin sayı ilə manipulyasıyalar edərək özləri DÖPÇ-nin “bazar dəyərini” istədikləri kimi tənzimləyiblər.

KRİTİK MÜDAXİLƏ: Fərmanla qəbul olunmuş Dövlət Özəlləşdirmə Proqramına sonradan qəbul edilən fərmanlarla kritik müdaxilə olunmuşdur.

Belə ki, 10.08.2000-ci il tarixli 383 saylı Fərmanla qəbul olunmuş, bu gün də qüvvədə olan Dövlət Proqramında sonradan hüquqi terminlərlə manipuliyasiya nəticəsində Konstitusiya və Qanunlar pozulmuşdur. Həmin Fərmanla qəbul olunmuş Dövlət Proqramının 7.2 və 7.4 bəndlərində olan  “dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı halda” həmin Dövlət Proqramının 5.8-ci bəndinin "c" yarımbəndində nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış pul hərracında satılır – qaydası - sonradan 22 iyun 2010-cu il tarixli 283 nömrəli AR Prezidentinin Fərmanı ilə ləğv olunmuş və əvəzində  5.8-ci bəndin 5-ci abzasında “özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına” sözləri əlavə edilmişdir.

Dövlət Özəlləşdirmə Proqramı bağlanmayıb - Qanunvericilik aktlarına retroaktiv müdaxilə edilib. Belə ki, Fərmanla qəbul olunmuş Dövlət Özəlləşdirmə Proqramı qüvvədədir və 16 ildir özəlləşdirmə bu Proqramla davam edir. Lakin bu hüquqi manipulyasiya nəticəsində - özəlləşdirmə çekləri dövriyyədən çıxarılmadan, Konstitusiya və Mülki Məcəllə pozularaq əvvəlcədən kompensasiya olunmadan - Qanunla vətəndaşlara məxsus müəssisələrin səhmlərinin 65%-inin pulla satılması qeyri-qanuni leqallaşıb. Bu dəyişikliklər hüquqi müəyyənlik, legitim gözlənti və mülkiyyət hüququnun qorunması prinsipləri ilə ziddiyyət təşkil edir.

Ən ciddi hüquqi problem və pozuntular: 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖPÇ-dən ödəniş vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra, heç bir əsas və ehtiyac olmadan – Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanəti və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində hazırlanmış 11 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” AR Prezidentinin Fərmanı (bundan sonra “11.06.2004-cü il tarixli 75 saylı Fərman” adlanacaq) ilə meydana gəlmişdir.

Xüsusi Qeyd: Ümummilli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini tədavül vasitəsi kimi satmamağı – onlardan dövlət əmlaklarının özəlləşdirilməsi zamanı bir-bir ödəmə-tədiyyə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi, ayrı-ayrı müəssisələrə qoymağı məsləhət görürdü. Və deyirdi ki, əgər bir müəssisə yaxşı dividend verməsə, başqası yaxşı olar və beləliklə tarazlıq yarada bilərsiz. Hətta deyirdi ki, 15 -20 il kecməsindən asılı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır.

Məmurların dövlət başçısının etimadından sui-istifadə etməsi haqqında cənab Prezident İlham Əliyev özü dönə-dönə danışıb. Bu barədə ölkə mətbuatı, o cümlədən “Haqqın.az” saytı dəfələrlə yazıb (Кто и как лишил граждан Азербайджана прав на приватизацию? ).

11.06.2004-cü il tarixli 75 saylı Fərmanın 1.1-ci bəndi ilə 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə zidd olaraq və Konstitusiya 149-ci maddəsinin 4-cü və 7-ci hissələrində nəzərdə tutulan iyerarxiya qaydalarını pozaraq dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə - tədiyə vasitəsi kimi istifadəsi məhdudlaşdırıldı və 01 Yanvar 2011-ci ildən ləğv edildi.

Mülkiyyət hüquqlarını tənzimləmə Konstitusiyanın 94-cü maddəsinin 13-cü və 29-cu bəndinə əsasən qanunverici orqana aiddır və Konstitusiyanın 109-cu maddəsi ilə Prezidentin səlahiyyətinə aid deyil. Bu hal AR Mülki Məcəllənin 153.3-cü maddəsinin tələblərinə ziddir.

11.06.2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndində deyilir ki, bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə-tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır. Bu günə qədər DÖPÇ-nin dövriyyədən çıxarılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş kompensasiya mexanizmi yaradılmamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.

Azərbaycan Respublikası Konstitusiyasının 94.1-ci maddəsinin 13-cü bəndində deyilir ki, mülkiyyət hüququ ancaq AR Milli Məclisi tərəfindən ümumi qaydalar müəyyən edilir.

AR MM-nin 14.2.2-cü, 153.3-cü və 1078-4-cü maddələrinə əsasən, özəlləşdirmə çekləri mülkiyyət hüququ yaradan qiymətli kağızlardır və AR Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət hüququ toxunulmazdır, mülkiyyət yalnız məhkəmə qərarı ilə və ya ədalətli kompensasiya şərti ilə məhdudlaşdırıla bilər.

Mülki qanunvericiliyə görə, qiymətli kağız yalnız, qiymətli kağızların dövriyyədən çıxarılması emitentin ləğvi, kağızların geri alınması və ya qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla baş verir. Prosedur rəsmi elanın dərc edilməsini, reyestr qeydi və emitent tərəfindən ləğv aktının tərtibini nəzərdə tutur. Proses zamanı qiymətli kağızların növü, sayı və dövlət qeydiyyat nömrəsi rəsmiləşdirilir.

Qanunvericiliklə Qiymətli Kağızların dövriyyədən çıxarılmasına cavabdeh Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  2011 - 2016 cı illərdə öz rəsmi saytındakı  SUAL-CAVAB BÖLMƏSİNƏKİ “Hal-hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir?” məlumatında özəlləşdirmə çeklərinin dövriyyədə olduğunu yazır. Bu arxivdə 2016-cı ilə qədər olan məlumatlarda deyilir ki, “hal-hazırda Azərbaycanda veksellər, çeklər, istiqrazlar, səhmlər, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, mənzil sertifikatı, Mərkəzi Bankın notları və özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir”.

2017–ci ildə vətəndaşların müraciəti əsasında AR Baş Prokurorluğunun AR Maliyyə Nəzarəti Palatasından vətəndaşlara verilmiş 27.07.2017-ci il tarixli və 23.10.2017-ci il tarixli məktublarda bu çeklərin hələ də qanuni qaydada dövriyyədən çıxarılmadığı sübut edilir. Orda müvafiq olaraq deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılma proseduraları müəyyən olunmayıb”, “2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur”.

AR Nazirlər Kabineti tərəfindən 2011-ci ildən sonra birbaşa DÖPÇ ilə əlaqəli Dövlət sənədlərində dəfələrlə yeniliklər olub. Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında AR Nazirlər Kabinetinin 15 iyul 2004-cü il 95 nömrəli QƏRARINDA 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edilib.

Bundan başqa 19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib; 11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib; 14 fevral 2014-cü ildə 46 nömrəli ilə Qərarının 21 bəndi ilə dəyişiklik edilib; 13 may 2016-cı ildə 195  nömrəli ilə Qərarının 27 bəndi ilə dəyişiklik edilib; 7 mart 2019-cu ildə 82 nömrəli Qərarının 9 bəndi ilə dəyişikliklər  edilib; 5 avqust 2022-ci ildə 285 nömrəli  Qərarının 8-ci bəndi ilə dəyişiklik edilib;

Bundan başqa Özəlləşdirmə Payları ilə bağlı  Nazirlər Kabineti “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin  təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli  276 nömrə-li QƏRARI da var.

Ən əsası  - AR Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın  5.5 bəndində yazılırdı:  Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və müvafiq qanunlarla tənzimlənir.

AR Prezidentının DÖPÇ ilə əlaqəli fərmanları:

66.1. Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan  22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib.

66.2. 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.1.4-cü bəndi ilə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanın 4-cü bəndində dəyişiklik etmişdir və orada yazılır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın; öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın icrasını təmin edən digər tədbirlər həyata keçirsin”.

AR Ədiliyyə Nazirliyinin 8 Fevral 2025-ci il tarixində mətbuata verdiyi RƏSMİ xəbərdən məlum oldu ki, 2011-ci ildə ödəmə -tədiyyə vasitəsi kimi istifadəsi uzadılmayan DÖPÇ-nin dövriyyədən çıxarılması haqqında Normativ Hüquqi Aktların Reyestrində heç bir qanunvericilik norması movcud deyil.

Sitat TV – 8 Fevral 2025  Özəlləşdirmə çekləri ilə bağlı mühüm xəbər: Dövriyyədən çıxarılmayıb.

68. Dövlət icra tədbirləri vasitəsilə çeklərin praktik istifadəsini dayandırmış, lakin onları tənzimləyən qanunvericiliyi formal olaraq qüvvədə saxlamışdır.

AR MM-nin 6.3-cü maddəsinə görə, Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq Milli Məclisin səlahiyyətinə aid edilmişdir. Bu baxımdan mülki hüquqların məhdudlaşdırılması ilə bağlı qaydalar da yalnız qanunla müəyyənləşdirilə bilər.

Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu Maddə 18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.

Hazırkı vəziyyətdə özəlləşdirmə çekləri hüquqi olaraq dövriyyədən çıxarılmasa da, onların istifadəsi üçün effektiv mexanizm mövcud deyil.

Nəticədə vətəndaşlar qanunla verilmiş özəlləşdirmə hüquqlarından faktiki olaraq istifadə edə bilməmişdir.

V MƏHKƏMƏ QƏRARLARI İLƏ POZUNTULAR DAVAM ETMİŞDİR

A) Bakı İnzibati Məhkəməsində pozuntuların hüquqi əsaslandırılması

21.08.2024-ci il tarixində 686 iddiaçı və 3000-dən çox üçüncü şəxs Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıların (Şikayətçilərin) mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları (çekləri) üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi barədə məhkəmə qərarının verilməsini xahiş etdi.

Bakı İnzibati Məhkəməsi (bundan sonra “BİM” adlandırılacaq) tərəfindən işə baxılarkən Şikayətçilərin iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürdükləri həlledici hüquqi arqumentlər araşdırılmamış, onlara hüquqi qiymət verilməmiş və qəbul edilməməsinin səbəbləri qərarda göstərilməmişdir.

Şikayətçilər dövlət tərəfindən qanun əsasında verilmiş Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) mülkiyyətçiləridir. Həmin hüquq Özəlləşdirmə Qanunları və AR MM-sinə əsasən tanınmışdır və 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsi ilə DÖPÇ qanunla ödəmə vasitəsi kimi müəyyən edilmişdir.

İddia ərizəsində əsas tələb DÖP və DÖPÇ-dən irəli gələn mülkiyyət hüquqlarının tanınması, cavabdeh dövlət orqanlarının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu hüquqların praktik və effektiv şəkildə həyata keçirilməsinin təmin olunması olmuşdur.

Məhkəmə həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə 1 illik müddət qanunsuz inzibati aktın ləğvi barədə maraqlı şəxsə məlumat verildiyi gündən başlayır.

Şikayətçilər məhkəmədə bir neçə dəfə vəsatətlə DÖPÇ-nin dövriyyədən çıxarılması barədə normativ aktın təqdim edilməsini və rəsmi elanların araşdırılmasını xahiş etmişlər.

Məhkəmə bu vəsatətlərə ayrıca qərarla münasibət bildirməmiş, Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
105
22
ayna.az

10Источники