RU

Məşhur aktyor və dublyaj ustası VƏFAT ETDİ

Məşhur aktyor və dublyaj ustası Sergey Bystritski vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tanınmış aktyor və dublyaj ustası Sergey Bıstritski 63 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Aktyorun vəfatı ilə bağlı məlumatı onun həyat yoldaşı Tatyana təsdiqləyib.

Bildirilib ki, o, aprelin 1-də dünyasını dəyişib və Ximkidə dəfn olunacaq.

Sergey Bıstritski kino sahəsindəki fəaliyyəti ilə yanaşı, həm də dublyaj sənətindəki uğurları ilə tanınırdı.

O, dünya şöhrətli aktyorlar Mett Deymon, Tom Kruz, Mark Uolberq və digərlərinin filmlərdəki obrazlarını səsləndirməsi ilə geniş auditoriyanın rəğbətini qazanmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
45
interpress.az

1Источники