RU

Azərbaycan neft bazarında stabil qiymətlərdə və volatilliyin olmamasında maraqlı ölkədir AÇIQLAMA

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan neft bazarında stabil qiymətlərdə və volatilliyin olmamasında maraqlı ölkədir. Dövlətimizin başçısı da qeyd etmişdir ki stabil qiymətlər Azərbaycanın iqtisadi maraqlarına daha uyğundur. Hörmüz boğazındakı çətinliklər, xüsusən enerji məhsullarının daşınması ilə bağlı müşahidə edilən problemlər neftin dünya bazarında qiymətinə təsir göstərməkdədir. Bu da təbii ki, Azərbaycana daxil olan valyutanın həcminə və enerji ixracının dəyərinin artmasına gətirib çıxarıb.

Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Brent” markalı neftin bir barelinin qiyməti yanvarda təxminən 63 dollar, fevralda isə 67 dollar olub.

“Bu, ondan xəbər verir ki, əslində İran müharibəsi başlayanadək dünya bazarında neftin qiyməti Azərbaycanın dövlət büdcəsindəki nəzərdə tutulan qiymətə (65 dollar) yaxın olub. Amma sözsüz ki, İran müharibəsi neftin dünya bazarındakı qiymətində kəskin artımlara səbəb olub. Bu il Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transfertləridir, digər 3,6 milyard manat isə birbaşa neft sektorundan büdcəyə daxilolmalardır. Bu isə ondan xəbər verir ki, neftin dünya bazarında qiymətindəki artımlar bir tərəfdən Dövlət Neft Fondunun gəlirlərinin və Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxaracaq, digər tərəfdən isə neft-qaz sektorundan büdcəyə daxil olan vəsaitlərin həcmini artıracaq. Bu da fiskal gəlirlərimizin atması baxımından vacibdir. O baxımdan, yüksək qiymətlər ixrac dəyərini artırmaqla ölkəyə daha çox valyutanın daxil olmasına, tədiyə balansındakı müsbət saldonun möhkəmlənməsinə, eyni zamanda, Dövlət Neft Fondunun gəlirlərinin artması hesabına valyuta ehtiyatlarının çoxalmasına gətirib çıxaracaq”, - deyə Vüqar Bayramov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
3
azertag.az

5Источники