RU

Bəyanatlar və reallıq: Lavrov dünya savaşından danışır, Rusiyanın rolu sual altındadır- ÖZƏL

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, baş verən hadisələr Üçüncü Dünya Müharibəsinə doğru getdiyimizi göstərir və qlobal nizamın daha da dağılmasına işarə edir. O, liderlik uğrunda mübarizəni ölüm-dirim müharibəsi kimi qiymətləndirib və bəzi ölkələrin hüquqi əsas olmadan ərazilərə iddialarını artırdığını qeyd edib.
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib: 
" Rusiya Xarici İşlər naziri bu fikirləri səsləndirərkən, böyük ehtimalla, öz ölkəsinin maraqlarını əsas götürür. Ona görə də onun dedikləri və adını çəkmədən digər ölkələrə yönəltdiyi ittihamlar əslində Rusiyanın özünün həyata keçirdiyi siyasətlə üst-üstə düşür. Bunun şahidi biz dəfələrlə olmuşuq. Rusiya, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, beynəlxalq hüququn əsas prinsiplərini ciddi şəkildə pozaraq qonşu ölkənin ərazilərini işğal edib, qətliamlar törədib və digər hərbi cinayətlərə imza atıb. Bu faktlar fonunda bu cür bəyanatlar verməsi ciddi suallar doğurur. Onun haqqı yoxdur. Bu səbəbdən də demək olar ki, mövcud dünya nizamını pozan əsas aktorlardan biri məhz Rusiyadır. Hazırda Rusiya başa düşüb ki, yaranan vəziyyətdə artıq bu siyasətin ağır nəticələri ilə üzləşdiyini anlayır və bu tip bəyanatlarla mövqeyini əsaslandırmağa çalışır. Və onun dünyada olan müttəfiqləri də bu siyasəti davam etdirməyə çalışırlar. Nəticə etibarilə başqa dünyada olan böyük güclərlə qarşılaşıblar və məğlubiyyət istiqamətində davam edirlər. Bu baxımdan Rusiya da öz taleyini başa düşür. Amma Rusiya xarici işlər naziri buna baxmayaraq çalışır kimləri ittiham etsin. Amma əsl səbəbkar məhz özləridir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
17
olaylar.az

1Источники