RU

Tramp Makronu ələ saldı: Həyat yoldaşının çənəsinə vurduğu yumruqdan sonra...

ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini İrana qarşı müharibəyə qoşulmadıqlarına görə sərt tənqid edib.

Publika.az xəbər verir ki, Tramp Fransa prezidenti Makronu da ələ salıb.

“Mən Fransadakı Makrona zəng edirəm, onun həyat yoldaşı onunla çox pis rəftar edir. O, hələ də çənəsindən aldığı yumruqdan sonra özünə gəlir", - Tramp deyib.

"Mən dedim ki, Emmanuel, pis insanları öldürməkdə rekordlar qırsaq da, Fars körfəzində köməyə çox şad olarıq. Mümkünsə, dərhal gəmilər göndərə bilərsinizmi?', - Tramp əlavə edib.

Daha sonra o, saxta fransız aksenti ilə Makronun nəzərdə tutulan cavabını səsləndirib: "Xeyr, xeyr, xeyr, biz bunu edə bilmərik, Donald. Biz bunu müharibədə qalib gəldikdən sonra edə bilərik", - deyə o bildirib.

Избранный
37
3
publika.az

4Источники