RU

Taksilərin sığorta müqaviləsinə dair yenilik

Avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verildikdə dürüstləşdirmə məbləği tətbiq ediləcək.

Belə ki, avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda, 1.5 əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş halda, aşağıdakı şərtlərin hər biri mövcud olduqda avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;
sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.
Sığorta hadisəsinin qeydiyyatı avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilmiş sığorta müqaviləsinin qüvvədən düşməsindən (müddətinin başa çatması və ya xitamından) sonra həyata keçirilmişdirsə, sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığorta hadisəsinin qeydiyyatının həyata keçirilməsindən sonra bağlanacaq növbəti sığorta müqaviləsində tətbiq ediləcək.

Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği müvafiq avtonəqliyyat vasitəsinə münasibətdə sonuncu bağlanmış sığorta müqaviləsində avtonəqliyyat vasitəsinin istifadə təyinatını düzgün əks etdirməklə hesablanmalı olan sığorta haqqı məbləği ilə faktiki ödənilmiş sığorta haqqı məbləği arasındakı fərqə bərabərdir.

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumatın verilməsi faktı müvafiq icazəyə dair sənədlər, əldə edilmiş məlumatlar və ya müvafiq icazəni vermiş səlahiyyətli dövlət qurumuna göndərilmiş sorğunun nəticəsi əsasında müəyyən edilir.

Növbəti sığorta müqaviləsi bağlananadək sığortalı tərəfindən iki və daha artıq sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat verilməsi müəyyən edildikdə hər bir müqavilə üzrə hesablanmış sığorta haqqı üzrə dürüstləşdirmə məbləği sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsinə cəmlənərək tətbiq olunacaq.

Избранный
24
1
ucnoqta.az

2Источники