Krec qrupunun təsisçisi və lideri, reper Artyom Fuze Brovkov avtomobil qəzası nəticəsində həlak olub. Oxuməni.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Valentina Beryozkina İnstagram-da məlumat verib. İfaçının 46 yaşı var idi.
"Bunu yazmaq mənə çox çətindir, amma Artyom artıq yoxdur. Bir neçə saat əvvəl dəhşətli qəzaya düşüb, həkimlər əllərindən gələni etsələr də, onu xilas etmək mümkün olmayıb", - reperin sevgilisi bildirib.
Artyom Brovkov Sankt-Peterburqda anadan olub. 2001-ci ildə bitmeyker Maratla birlikdə Krec qrupunu təsis edib. Müxtəlif vaxtlarda kollektivin tərkibinə Assai və Smokey Mo da daxil olub.
Qrup fəaliyyəti dövründə doqquz studiya albomu yazıb. Kompozisiyalardan biri, "Nəvaziş" mahnısı "Piter FM" filminin saundtreki olub.
2022-ci ildə Brovkov Fuze müharibəyə qarşı çıxaraq Rusiyadan ABŞ-a köçüb. 2023-cü ilin martında Ədliyyə Nazirliyi reperi "xarici agentlər" reyestrinə daxil edib. Daha sonra o, statusuna etiraz etməyə çalışsa da, uğursuz olub.
Almaz Həsənli