RU

Yeni sədr rəisi işdən azad etdi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) daha bir kadr dəyişikliyi olub.
 
Moderator.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.
 
Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib.
 
ASCO-dan sorğumuza cavab olaraq bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
 
Hazırda bu vəzifəyə təyinat yoxdur.
 
Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib.
 
Избранный
6
9
moderator.az

10Источники