RU

Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ

2026-cı ilin fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır. 

Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten Fevral/2026"da bildirilir.

2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 200 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 171 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 26 milyon manatı POS-terminallar, 3  milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir. 

Qeyd edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır.

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi BankıAMB statistik bülleten 2026nağdsız ödənişlər Azərbaycanelektron ticarət ödənişləri Azərbaycanödəniş kartları statistikasıbank kartları Azərbaycandebet kartları artımıkredit kartları azalmasıPOS terminal ödənişləribankomat əməliyyatlarıözünəxidmət terminallarıAzərpoçt ödəniş sistemiAzərbaycanda elektron ödənişlərbank kartı əməliyyatlarınağdsız iqtisadiyyat Azərbaycanfintech inkişafı AzərbaycanAzərbaycanda e-commerce ödənişləribank sektorunda rəqəmsal ödənişlərödəniş infrastrukturu Azərbaycankart əməliyyatları statistikası
Избранный
3
7
marja.az

9Источники