RU

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

Bakı-Supsa neft kəmərinin Gürcüstandan keçən hissəsinin istismar müddəti ilə bağlı qanunvericilik təşəbbüsü hazırlanıb. Gürcüstan parlamentinin İqtisadi siyasət komitəsinin iclasında layihə ilk oxunuşda təqdim edilib. 

İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze bildirib ki, 1996-cı il martın 8-də Gürcüstanın Beynəlxalq Neft Korporasiyası ilə bir sıra neft şirkətləri arasında imzalanmış sazişin müddəti bu ilin aprelin 24-də başa çatır. Onun sözlərinə görə, Bakı-Supsa kəmərinin Azərbaycanda yerləşən hissəsinin istismarı ilə bağlı müqavilə isə iyunun 7-də qüvvəsini itirir. Ona görə də kəmərin keçid dövründə bütövlüyünün qorunması çox vacibdir. Müqavilənin müddətinin Azərbaycandakı kəmər hissəsinin istismarı ilə bağlı mövcud sazişə uyğun olması məqsədəuyğun hesab edilib.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
9
5
azerbaijan-news.az

6Источники