RU

Rusiya Misirə taxıl tədarük edəcək



Rusiya Misirə taxıl və digər ərzaq məhsulları tədarük edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Prezident Vladimir Putin Rusiya hökumətinə Misirə ərzaq, əsasən taxıl tədarükü üzərində işləməyi tapşırıb. Kreml rəhbəri deyib ki, Rusiyanın məhsulu yaxşıdır və təchizatda heç bir problem olmayacaq.

"Misir Prezidenti ilə telefon danışığımdan sonra hökumətə Misirə ərzaq məhsullarının, ilk növbədə taxılımızın tədarükü ilə bağlı məsələlərdə misirli həmkarlarımızla işləməyi tapşırdım. Misir bizim tərəfdaşımızdır və bu baxımdan demək istərdim ki, keçən il kənd təsərrüfatında yaxşı nəticələr əldə etdik və təchizatla bağlı heç bir problemimiz yoxdur və olmayacaq da", - deyə Putin Kremldə Misirin xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşdə bildirib.

Anar
Избранный
23
1
newscenter.az

2Источники