RU

Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır

Türkiyə 2026-cı ildə havadan buraxılan ballistik raketlərin sınaqlarını həyata keçirməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyənin “Roketsan” şirkətinin baş direktoru Murat İkinci məlumat verib.

Onun sözlərinə görə, 2026-cı il ərzində bir sıra yeni raket sistemlərinin genişmiqyaslı sınaqları keçiriləcək, eyni zamanda həmin sistemlərin seriyalı istehsalına başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən il Türkiyə ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edib.

Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir. “Roketsan” tərəfindən istehsal edilən raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Həmin raketlər əsas komponentlər üzrə İran istehsalı olan ballistik raketlərdən üstündür. /modern.az/

Избранный
19
1
turkustan.az

2Источники